Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb - VİDEO+FOTOLAR

   Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb -    VİDEO+FOTOLAR
  27 Aprel 2020    Oxunub:2732
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində taktiki təlim başlayıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, gəmi taktiki qruplarının qarşılıqlı fəaliyyətdə döyüş əməliyyatlarının planlaşdırılması və aparılması, həmçinin komandirlər, qərargahlar və şəxsi heyətin bacarıqlarının təkmilləşdirilməsidir.



Üç mərhələdə baş tutacaq təlimə 20-dən artıq gəmi və kater, 2 helikopter, o cümlədən 700 nəfərədək şəxsi heyət cəlb olunub.















Azvision.az


Teqlər: HDQ   Təlim  





Xəbər lenti