Keçmiş məhkum silah oğurladı

Keçmiş məhkum silah oğurladı
  27 Aprel 2020    Oxunub:3516
Sabirabadda qarajdan silah oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ğ Azvision.az -a verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 8-də rayon ərazisindəki həyətlərin birindəki qarajdan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngini, 6 ədəd patronu, 1 ədəd bıçağı və 3 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Kuzmin tutulub.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti