Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Yolu keçən piyadanı avtomobil vurub öldürdü
  27 Aprel 2020    Oxunub:2544
Aprelin 26-da saat 3 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Fərəcov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti