Ötən gün 1397 sürücü və sərnişin cərimələndi

   Ötən gün 1397 sürücü və sərnişin cərimələndi
  27 Aprel 2020    Oxunub:2963
Son bir gündə respublika yollarında xüsusi karantin rejimi qaydalarını pozan hərəkət iştirakçılarının sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Azvision.az -a verilən məlumatda bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 26.04.2020-ci il saat 00:00-dan 27.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1397 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Azvision.az


Teqlər: DYP  





Xəbər lenti