Koronavirusa yoluxanların sayı 3 milyona çatır - STATİSTİKA

 Koronavirusa yoluxanların sayı 3 milyona çatır -  STATİSTİKA
  27 Aprel 2020    Oxunub:3480
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 2 milyon 995 min 226 nəfərə çatıb.

Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 207 min 9 nəfərdir. İndiyədək 881 min 525 nəfər xəstəlikdən sağalıb.
ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir. Ölkədə ümumi yoluxma sayı 987 322, ölənlərin sayı isə 55 415 nəfərdir.

İspaniyada koronavirus 226 629 nəfərdə aşkarlanıb, 23 190 xəstə ölüb. İtaliyada yoluxma sayı 197 675, ölənlər isə 26 644 nəfərdir.

Fransada isə 162 100 nəfər virusa yoluxub, 26 644 xəstə ölüb. İranda 90 481 nəfərdə yoluxma aşkar edilib, ölənlərin sayı 5710-dur.

Çində indiyədək 82 830 nəfər koronavirusa yoluxub, 4 633 nəfər dünyasını dəyişib. Böyük Britaniyada yoluxma sayı 152 840, ölənlər 20 732 nəfərdir.

Türkiyədə 110 130 nəfər virusa yoluxub, 2805 xəstə ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti