Kim Çen In ölməyib, sağdır - İlk rəsmi açıqlama

   Kim Çen In ölməyib, sağdır -    İlk rəsmi açıqlama
  27 Aprel 2020    Oxunub:5279
Cənubi Koreya Prezidentinin müşaviri Mun Çjon bəzi KİV-lərdə Şimali Koreya lideri Kim Çen Inın vəziyyətinin ağır olması, hətta ölməsi ilə bağlı yayılmış məlumatları təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin müşaviri "Fox News" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Kim Çen In sağdır və özünü yaxşı hiss edir.

Cənubi Koreya rəsmisi vurğulayıb ki, Kim Çen In aprelin 13-dən bəri Şimali Koreyanın kurort şəhəri olan Vonsandadır və bu günə qədər heç bir şübhəli hərəkət hiss olunmayıb.

Xatırladaq ki, Qərb mətbuatı Kim Çen Inın əməliyyatdan sonra vəziyyətinin pisləşməsi, komaya düşməsi, hətta ölməsi barədə müxtəliq xəbərlər yayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koreya   KXDR  





Xəbər lenti