İki qardaş yol qəzasında həlak oldu

İki qardaş yol qəzasında həlak oldu
  27 Aprel 2020    Oxunub:4403
Bərdədə ölümlə nəticələn yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə rayonun Köbər kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Habil Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil 1980-ci il təvəllüdlü Elnur Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində E.Cəfərov hadisə yerində ölüb. Onun qardaşı Seymur Cəfərov isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Bərdə   Qəza  





Xəbər lenti