Çində 3 yeni yoluxma qeydə alındı, ölən olmadı

Çində 3 yeni yoluxma qeydə alındı, ölən olmadı
  27 Aprel 2020    Oxunub:2475
Çində son sutka ərzində koronavirusa üç yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, üç yoluxmadan ikisi ölkənin şimal-şərq əyalətində aşkar edilib, biri isə idxal olunub. Bundan əlavə, son sutkada 80 xəstə sağalıb, ölən olmayıb.

Hazırda koronavirus xəstələrinin ümumi sayı 723-dür. Onlardan 52 nəfərin vəziyyəti ağırdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti