Rusiyada 874 hərbçi koronavirusa yoluxub

   Rusiyada 874 hərbçi koronavirusa yoluxub
  27 Aprel 2020    Oxunub:3614
Rusiya ordusunun 874 hərbçisinin koronavirusa yoluxduğu aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti" ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, bu statistika mart ayından indiyədək olan vəziyyəti əhatə edir.

Koronavirusa yoluxan hərbçilərdən 4-nün vəziyyəti ağır, 15-nin vəziyyəti orta ağır qiymətləndirilir.

Məlumata görə, Rusiya hərbi məktəblərində 779 kursantın, həmçinin məktəbəqədər təhsil müəssisəsinin 192 müəllim və şagirdinin COViD-19 testi pozitiv çıxıb.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrində işləyən 245 mülki şəxsin də virusa yoluxduğu məlum olub.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti