Sumqayıtda karantin rejimini pozan 12 nəfər həbs olunub

Sumqayıtda karantin rejimini pozan 12 nəfər həbs olunub
  27 Aprel 2020    Oxunub:2806
Sumqayıtda xüsusi karantin rejimi qaydalarını pozanların sayı açıqlanıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, xüsusi karantin rejimi tətbiq olunandan bu günədək Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən şəhər ərazisində keçirilən nəzarət tədbirləri nəticəsində 12 nəfər şəhər sakini inzibati qaydada həbs olunub.

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları ötən müddət ərzində 2321 şəxs barəsində inzibati protokol tərtib edərək cərimələyiblər. Bu protokollardan 1243-ü sahə rəisləri tərəfindən, 1078-i isə Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunub.

Qeyd edək ki, bu müddət ərzində Sumqayıt Polis İdarəsi tərəfindən vətəndaşlara tibbi maskalar da paylanılıb.

Azvision.az


Teqlər: Sumqayıt  





Xəbər lenti