Əmrullah Gülüşkən Türkiyəyə gətirilib

Əmrullah Gülüşkən Türkiyəyə gətirilib
  26 Aprel 2020    Oxunub:2840
İsveçin Malmö şəhərində COVİD-19 testi müsbət çıxmasına baxmayaraq, müalicə edilmədən evə göndərilən 47 yaşlı Əmrullah Gülüşkən təcili tibbi yardım təyyarəsi ilə Türkiyəyə gətirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, Əmrullah Gülüşkən və üç övladı Ankara Şəhər Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Samirə və Leyla Gülüşkənin sosial şəbəkədə etdiyi yardım çağırışından sonra Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca onların ataları Əmrullah Gülüşkənin ölkəyə gətirilməsi ilə bağlı göstəriş verib.

Kənan Məmmədov
Azvision.az



Teqlər: Türkiyə  





Xəbər lenti