Peskov Putinlə bağlı maraqlı açıqlama verdi

 Peskov Putinlə bağlı maraqlı açıqlama verdi
  26 Aprel 2020    Oxunub:2619
Rusiya Prezidenti Vladimir Putin həmişə birgə işlədiyi mütəxəssisləri ekspert səviyyəsində başa düşməyə çalışır, eyni şey virologiyaya da aiddir.
Azvision.az xəbər verir ki, bunu "Rusiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramında dövlət başçısının mətbuat katibi Dmitri Peskov söyləyib.

"Bu, onun iş prinsipləridir. O, hansısa mövzuya dalırsa, ekspertlərin əldə edə biləcəyi səviyyədə məlumatlar toplayır və bir çox cəhətdən mütəxəssis olur",- deyə Peskov bildirib.

O, Putinin son iclaslardan birindəki "bütün ölkə viroloqa çevrildi" zarafatını xatırlayıb. "Şübhə etmirəm ki, o, virusoloq olmaq yolundadır",- deyə Kremlin sözçüsü fikrini yekunlaşdırıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: VladimirPutin   Rusiya  





Xəbər lenti