“Zoom”un qarşısıalınmaz yüksəlişi: Dəyəri 42 milyard dollar oldu

 “Zoom”un qarşısıalınmaz yüksəlişi:    Dəyəri 42 milyard dollar oldu
  26 Aprel 2020    Oxunub:7934
Videokonfrans tətbiqi "Zoom"un son dörd ayda istifadəçi sayı 30 dəfə artıb.
Azvision.az xəbər verir ki, tətbiqin dekabr ayında 10 milyon olan istifadəçi sayı artaraq, hazırda 300 milyona çatıb.

Şirkətin sahibi Erik Yuan koronavirus böhranı şəraitində şəxsi sərvətini ən çox artıran iş adamı olub. Belə ki, onun sərvəti 121 faiz artaraq, 8 milyard dollara çatıb. Bu göstəriciyə görə Erik Yuan dünyanın 182-ci ən zəngin adamıdır.

Qeyd edək ki, Çin əsilli amerikalı iş adamı şirkətini 2011-ci ildə, 50 yaşında olarkən qurub. Buna qədər Erik Yuan "Cisco Systems"'in mühəndislik bölməsinin direktor müavini vəzifəsində çalışıb. Mənzil-qərargahı Kaliforniyada yerləşən şirkətin dəyəri hazırda 42 milyard dollardır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Zoom   Videokonfrans  





Xəbər lenti