Sabahdan bu iş yerləri açılır - SİYAHI

 Sabahdan bu iş yerləri açılır -    SİYAHI
  26 Aprel 2020    Oxunub:24525
Azərbaycanda aprelin 27-dən etibarən bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa olunacaq.

Azvision.az xüsusi karantin rejiminin yumşaldılması nəticəsində fəaliyyətinə icazə verilən iş yerlərinin siyahısını təqdim edir:
- fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

- kitab satışı

- qəzet satışı

- dəftərxana mallarının satışı

- çap və sürətçıxarma fəaliyyəti

- fotoatelye/fotostudiyalar

- fərdi mənzillərdə təmizlik xidmətləri

- dərzi xidmətləri

- kosmetika və ətriyyat satışı

- geyim satışı

- ayaqqabı və dəri məmulatlarının satışı

- qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

- mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri

- kompüter avadanlıqlarının satışı və təmiri

- elektronika və məişət texnikasının satışı

- mebel satışı

- avtomobil satışı

- kimyəvi məhsulların satışı

- gül və bitki məhsullarının satışı

- kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

- gübrə və aqrokimyəvi məhsulların satışı

Azvision.az


Teqlər: Karantin  





Xəbər lenti