Su kanalında batan kişinin meyiti tapıldı

Su kanalında batan kişinin meyiti tapıldı
  25 Aprel 2020    Oxunub:3634
Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun axtarışları başa çatıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, A.Hacıyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti