"Beşlik" liderlərinin onlayn sammiti keçiriləcək

"Beşlik" liderlərinin onlayn sammiti keçiriləcək
  25 Aprel 2020    Oxunub:1974
"BMT Təhlükəsizlik Şurası "beşliyinin" onlayn sammitinin vaxtı və yekun kommunikesi razılaşdırılır".
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, daimi üzv dövlətlərin videokonfransının keçirilməsi ideyası Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülüb və bunu digər liderlər də dəstəkləyib.

S.Lavrov qeyd edib ki, videokonfransda koronavirusla bağlı vəziyyət daxil olmaqla, bir sıra məsələlər müzakirə olunacaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Beşlik   Konfrans   Lavrov  





Xəbər lenti