Türkiyə ordusu şəhid verdi - Yaralılar var

 Türkiyə ordusu şəhid verdi -  Yaralılar var
  25 Aprel 2020    Oxunub:2702
PKK terrorçularının İraqın şimalındakı Haftanin bölgəsinə hücumu zamanı bir türk əsgəri şəhid olub, 3 nəfər yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə müəyyən edilən hədəflər dərhal Hərbi Hava Qüvvələri tərəfindən vurulub və 12 terrorçu zərərsizləşdirilib.

"Şəhidimizin qanı yerdə qalmayıb və qalmayacaq", - deyə məlumatda qeyd olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İraq   Türk   Şəhid  





Xəbər lenti