Hədə-qorxu yolu ilə pul tələb edən ata və oğlu tutuldu

Hədə-qorxu yolu ilə pul tələb edən ata və oğlu tutuldu
  25 Aprel 2020    Oxunub:2543
Vətəndaşları rüsvayedici məlumatlarla hədələyən ata və oğlu tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb.

Onun atası A.Eyvazovla birgə cari il yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6 000 manat almaları da müəyyən edilib.

A.Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti