“ASAN Xidmət”ə müraciət etmək istəyənlərin nəzərinə!

   “ASAN Xidmət”ə müraciət etmək istəyənlərin nəzərinə!
  25 Aprel 2020    Oxunub:4629
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin məhdudiyyətlərinin bir qisminin 27 aprel 2020-ci il tarixindən yumşaldılması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, qərara əsasən “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində müvafiq tarixdən etibarən vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Növbə tutmaq üçün "ASAN xidmət" mobil təbiqi "IOS" və "Android" əməliyyat sistemlərindən yüklənilir. Eyni zamanda www.asan.gov.az saytındakı "Onlayn növbə" funksional bölməsi vasitəsi ilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.



Əvvəlcədən növbə əldə etməmiş vətəndaşların mərkəzlərdə qəbulu həyata keçirilməyəcək. ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri karantin rejimindən öncəki qaydada fəaliyyət göstərəcək.

"Vətəndaşları qəbul edəcək mərkəzlər insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib. Eyni zamanda hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.

Vaxtın düzgün idarə olunması üçün “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərindən yararlanmaq istəyən vətəndaşlar yaşayış yerini tərk etmək istədikdə öncə onlayn növbə götürsünlər və sonra SMS müraciət sistemindən yararlansınlar", - deyə "ASAN-xidmət"dən bildirilib.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti