Keçmiş məhkum oğurluq üstə saxlanıldı

Keçmiş məhkum oğurluq üstə saxlanıldı
  25 Aprel 2020    Oxunub:3184
Bakıda avtomobil dayanacağında oğurluq olub.
Azvision.az xəbər verir ki, paytaxtın Xətai rayonu S.Vəzirov küçəsində yerləşən avtoparkda vətəndaşa məxsus "Mercedes" markalı avtomobilin qiyməti 1300 manat olan buferi oğurlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Elvin Əhmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğurluq   Cinayət  





Xəbər lenti