​Bakıda evdən oğurluq edənlər tutuldu

​Bakıda evdən oğurluq edənlər tutuldu
  25 Aprel 2020    Oxunub:3063
Bakıda mənzildən oğurluq edilib.
Azvision.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, şəhər sakini E. Məmmədova məxsus mənzildən 450 manat pul və 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri 1997-ci il təvəllüdlülər Mahir Mehdiyev və İlqar Həbibov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti