G20 liderlərinin videokonfransı təxirə salındı

 G20 liderlərinin videokonfransı təxirə salındı
  25 Aprel 2020    Oxunub:2948
"Böyük iyirmilik"(G20) liderlərinin cümə gününə planlaşdırılmış ikinci videokonfransı Çin və ABŞ arasındakı fikir ayrılığına görə son anda təxirə salınıb.
Azvision.az xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

İddilara əsasən, fikir ayrılığına səbəb Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rolu ilə bağlı məsələ olub.

Qəzet yazıb ki, ABŞ koronavirusla mübarizəyə erkən reaksiya vermədiyi üçün ÜST-in cavabdeh tərəf kimi cəlb ediməsini israr edib. Çin isə öz növbəsində ÜST-in hərəkətlərini araşdırmaq üçün təklifləri müzakirə etməkdən qətiyyətlə imtina edib.

Tərəflərin razılığa gələcəyi halda konfrans yaxın günlərdə baş tuta bilər.

Xatırladaq ki, hazırda G20-yə Səudiyyə Ərəbistanı sədrlik edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: G-20   Konfrans  





Xəbər lenti