Çində son sutkada virusdan ölüm qeydə alınmadı

Çində son sutkada virusdan ölüm qeydə alınmadı
  25 Aprel 2020    Oxunub:2410
Çində son sutka ərzində koronavirusa 12 yoluxma qeydə alınıb, 89 nəfər xəstəlikdən sağalıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində xəstəlikdən ölüm halı qeydə alınmayıb. 12 yeni yoluxmanın 11-i idxal olunub, yalnız bir hal ölkənin cənub-şərq hissəsində aşkarlanıb.

Qeyd edək ki, Çinin 31 əyalətində ümumilikdə 82 min 816 yoluxma təsdiqlənib, hazırda 838 xəstə var, onların 49-nun vəziyyəti ağırdır. 77 346 nəfər sağalıb, 4632-i isə ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti