Fransa səfirliyi Ali Məhkəmənin qərarını alqışladı

  Fransa səfirliyi Ali Məhkəmənin qərarını alqışladı
  25 Aprel 2020    Oxunub:2949
Fransanın Azərbaycandakı səfirliyi Ali Məhkəmənin İlqar Məmmədov və Rəsul Cəfərova bəraət verilməsinə dair çıxardığı qərarları müsbət qarşılayıb.
Azvision.az xəbər verir ki, bu barədə Fransanın ölkəmizdəki səfirliyi məlumat yayıb.

"Fransa Azərbaycanda müxalif siyasətçi İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun aprel ayının 23-də bəraət almalarını alqışlayır. Bu, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını nəzərə alan beynəlxalq ictimaiyyət tərəfindən gözlənilən müsbət inkişafdır, - deyə səfirliyin açıqlamasında bildirilib.

Azvision.az



Teqlər: Fransa   Səfirlik   Ali-Məhkəmə  





Xəbər lenti