Saakaşvili iki ölkə arasında diplomatik qalmaqala səbəb oldu

 Saakaşvili iki ölkə arasında diplomatik qalmaqala səbəb oldu
  24 Aprel 2020    Oxunub:1804
Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynadakı səfiri geri çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə UNİAN diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, buna səbəb Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Ukraynada Baş Nazirin müavini vəzifəsinə təklif edilməsi olub.

Gürcüstan KİV-i yazır ki, Xarici İşlər naziri David Zalkaliani Zelenskinin belə qərar verməsinə təəssüflənib.

Birləşmiş Milli Hərəkatın üzvü və Ukrayna Milli Polisinin keçmiş başçısı Xati Deknoidzenin sözlərinə görə, Gürcüstan hökuməti praktiki olaraq Ukraynaya diplomatik müharibə elan etmək qərarına gəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ukrayna   Gürcüstan  





Xəbər lenti