Maşınla vurulan piyada hadisə yerində öldü

Maşınla vurulan piyada hadisə yerində öldü
  24 Aprel 2020    Oxunub:2107
Aprelin 23-də saat 8 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Bakı şəhər sakini A.Bayramov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Elburus Əfəndiyevi vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti