İlham Əliyevin təşəbbüsü ilə liderlərin sammiti keçiriləcək - EKSKLÜZİV

  İlham Əliyevin təşəbbüsü ilə liderlərin sammiti keçiriləcək -  EKSKLÜZİV
  24 Aprel 2020    Oxunub:5169
Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin "Yeni koronavirus pandemiyasına (COVİD-19 ) qarşı mübarizədə birlik" adı altında video-konfrans formatında sammiti keçiriləcək.
Bu barədə Azvision.az -a Misirin Azərbaycandakı səfiri Abdel İbrahim məlumat verib.

Onun sözlərinə görə, sammit Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə may ayının 4-də baş tutacaq.

Səfir, həmçinin qeyd edib ki, sammitdə Misir Ərəb Respublikasının Prezidenti Abdel Fəttah əl-Sisi də iştirak edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QoşulmamaHərəkatı  





Xəbər lenti