Poçt şöbələrinin iş vaxtı uzadılıb

Poçt şöbələrinin iş vaxtı uzadılıb
  24 Aprel 2020    Oxunub:2216
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin poçt şöbələrinin (kənd poçt şöbələri istisna olmaqla) gündəlik iş vaxtı 1 saat uzadılıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, məqsəd Azərbaycan hökuməti tərəfindən tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi, eləcə də işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin verilməsi prosesində operativliyin təmin olunmasıdır.

Artıq Bakıda və regionlarda yerləşən poçt şöbələri bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 18:00-dək vətəndaşlara xidmət göstərəcək.

Paytaxtla yanaşı, Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşdakı “Şəbəkə” xidmət mərkəzləri də eyni iş rejimində çalışacaq.

Azvision.az



Teqlər: Poçt  





Xəbər lenti