İran ABŞ-a etiraz notası göndərdi

İran ABŞ-a etiraz notası göndərdi
  24 Aprel 2020    Oxunub:3164
İsveçrənin Tehrandakı səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb.
Azvision.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Abass Müsəvi açıqlama verib. Onun sözlərinə görə, ABŞ-a ünvanlanan etiraz notası diplomata təqdim olunub.

XİN rəsmisi qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İran hərbi gəmilərinin Fars körfəzində qanunazidd manevrlər etməsi barədə səsləndirdiyi fikirlər absurddur, rəsmi Tehran buna qəti etirazını bildirir.

Abass Müsəvi, həmçinin vurğulayıb ki, İranın dəniz sərhədlərini mühafizə edən hərbi katerlər xidməti vəzifələrini yerinə yetiriblər.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Fars körfəzində Amerika donanmasına aid gəmilərə mane olacağı təqdirdə, İrana məxsus sahil mühafizə katerlərinin vurulması əmrini verib.

Azvision.az



Teqlər: ABŞ   İran  





Xəbər lenti