ABŞ-ın 26 hərbi gəmisində dənizçilər koronavirusa yoluxdular

ABŞ-ın 26 hərbi gəmisində dənizçilər koronavirusa yoluxdular
  23 Aprel 2020    Oxunub:1816
ABŞ-ın 26 hərbi gəmisində xidmət aparan dənizçilər arasında koronavirusa yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl Birləşmiş Ştatların digər 14 gəmisində də COVID-19-a yoluxma aşkar edilib, lakin dənizçilər virusa qalib gələ biliblər.

Lakin komandanlıq xəstələrin hansı gəmilərdə olduğunu və onların sayını açıqlamayıb. Məlum olan Hərbi Dəniz Qüvvələrinin koronavirusdan daha çox zərər çəkməsidir. Belə ki, artıq 1298 ameriaklı dənizçidə COVID-19 aşkar edilib, bir dənizçi ölüb.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibində 297 döyüş gəmisi var.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Ordu   Koronavirus   COVİD-19  





Xəbər lenti