ASAN həmişə yanınızdadır - VİDEOÇARX

ASAN həmişə yanınızdadır -    VİDEOÇARX
  23 Aprel 2020    Oxunub:2294
"ASAN xidmət" xüsusi karantin rejimində də vətəndaşların daim yanında olduğunu əks etdirən videoçarx nümayiş etdirib.
Azvision.az xəbər verir ki, videoçarxda "ASAN xidmət"in müxtəlif sturuktur bölmələrinin əməkdaşlarının 9108 Çağrı mərkəzi vasitəsi ilə evlərindən də vətəndaşların müraciətlərini cavablandırdıqları nümayiş olunub.

Əməkdaşlar vətəndaşların suallarını cavablandırmaqla bərabər həm də onlara karantin rejimi qaydalarını xatırladırlar.



Xatırladaq ki, vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən "ASAN xidmət" mərkəzlərinin əməkdaşlarının bəziləri  inzibati ofislərindən,  digərləri isə evdən olmaqla Çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.

Azvision.az


Teqlər: ASAN-Xidmət  





Xəbər lenti