İran generalı ABŞ gəmilərinin vurulmasını əmr etdi

İran generalı ABŞ gəmilərinin vurulmasını əmr etdi
  23 Aprel 2020    Oxunub:3461
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri, general-mayor Hüseyn Səlami ölkəsinə məxsus mülki və ya hərbi gəmilərə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini verib.
Azvision.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

ABŞ Prezidenti Donald Trampın Fars körfəzində Amerika donanmasına aid gəmilərə mane olacağı təqdirdə, İrana məxsus sahil mühafizə katerlərinin vurulması əmrini şərh edən general-mayor bildirib ki, ölkəsinin ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı təhdidlərə qətiyyətli və sərt şəkildə cavab veriləcək.

"Biz də hərbi dəniz qüvvələrimizə mülki və ya hərbi gəmilərimizə təhdid törədəcəyi halda, ABŞ-a aid hərbi gəmilərin vurulması əmrini vermişik. Fars Körfəzi bizim üçün strateji əhəmiyyətlidir", - H.Səlami vurğulayıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İran   ABŞ   Gərginlik  





Xəbər lenti