Zərif Trampın təhdidlərinə cavab verdi

   Zərif Trampın təhdidlərinə cavab verdi
  23 Aprel 2020    Oxunub:2255
ABŞ qüvvələrinin Fars körfəzində edəcəyi heç nə yoxdur.
Azvision.az xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq bildirib.

Zərif vurğulayıb ki, Tramp təhdidlərlə deyil, 5 min koronavirusa yoluxmanın aşkarlandığı öz qoşunları ilə məşğul olmalıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinə Amerikaya məxsus gəmilərin keçməsinə mane olan bütün İran katerlərini məhv etməyi tapşırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   ABŞ   Tramp  





Xəbər lenti