Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  23 Aprel 2020    Oxunub:2013
Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 22-də saat 23 radələrində Xaçmaz şəhəri ərazisində şəhər sakini F.Ağarzayev idarə etdiyi “VAZ-21013” markalı avtomobillə yolu keçən Quba rayon sakini Ədalər Süleymanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Xaçmaz   Qəza  





Xəbər lenti