Sarkisyanın kürəkəni həbs olunacaq

  Sarkisyanın kürəkəni həbs olunacaq
  23 Aprel 2020    Oxunub:3088
Sabiq prezident Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı iş sifarişlidir.
Azvision.az xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan bildirib. Müstəntiqlər Minasyanın həbsi üçün məhkəməyə vəsatət təqdim ediblər.

Vəkilin sözlərinə görə, qanuni pulların bir hesabdan digərinə köçürülməsinə heç bir izahat olmadan "çirkli pulların yuyulması" adı verilib: "Bu, görünməmiş haldır və bir qayda olaraq Minasyanla bağlı sifarişin əyani sübutudur".

Öz növbəsində Minasyan irəli sürülən ittihamlarla bağlı bildirib ki, Paşinyan fövqəladə vəziyyət və pandemiya ilə mübarizə şəraitində özünün çoxdankı "arzusunu" gerçəkləşdirir.

Xatırladaq ki, Sarkisyanın kürəkəni qanunsuz yolla var-dövlət əldə etmək, çirkli pulların yuyulması və gəlir deklarasiyasında yalan məlumatlar verməkdə ittiham olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Sarkisyan  





Xəbər lenti