Karantin qaydalarını pozan bərbərxana aşkarlandı

Karantin qaydalarını pozan bərbərxana aşkarlandı
  23 Aprel 2020    Oxunub:2779
Mingəçevirdə karantin qaydalarını pozan bərbərxana aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Mingəçevir şəhəri 20 Yanvar küçəsində xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbərxana aşkar edilib.

Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən həmin obyektin sahibi Gəray Əliyev karantin rejimi qaydalarını pozduğuna görə, Polis Şöbəsinə gətirilib və onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıb.

Azvision.az


Teqlər: Mingəçevir   Bərbərxana  





Xəbər lenti