Şamaxıda minik avtomobili dərəyə aşıb

Şamaxıda minik avtomobili dərəyə aşıb
  23 Aprel 2020    Oxunub:2542
Şamaxı rayonunun Məlhəm kəndi ərazisində “VAZ” markalı minik avtomobili dərəyə aşıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Maşın   Qəza  





Xəbər lenti