Naxçıvanda Dövlət Sığorta Xidməti yaradıldı

  22 Aprel 2020    Oxunub : 2162
 Naxçıvanda Dövlət Sığorta Xidməti yaradıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 22-də “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” Publik Hüquqi Şəxsin yaradılması haqqında Fərman imzalayıb.
Azvision.az xəbər verir ki, xidmət Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyinin əsasında yaradılıb. Həmin dövlət sənədi ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” Publik Hüquqi Şəxsin Nizamnaməsi təsdiq edilib.

Xidmət muxtar respublikada sığorta bazarında icbari, könüllü və təkrar sığorta əməliyyatları aparılması sahəsində fəaliyyət göstərəcək, öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Nizamnaməsini, digər normativ hüquqi aktları rəhbər tutacaq.

Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcək.

Azvision.az

Teqlər: Naxçıvan