Oğurluq edən keçmiş məhkumlar tutuldu

Oğurluq edən keçmiş məhkumlar tutuldu
  22 Aprel 2020    Oxunub:2489
Bərdə və Yasamal rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 20-də Bərdə rayonu ərazisindəki mağazaların birindən 320 manat pul və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş V.Süleymanov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşları isə aprelin 19-na keçən gecə rayon ərazisində K.Kərimova məxsus 450 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abdullayevi yaxalayıblar.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti