Qüdsdə terror aktının qarşısı alınıb

Qüdsdə terror aktının qarşısı alınıb
  22 Aprel 2020    Oxunub:2092
İsrail təhlükəsizlik xidməti orqanları Qüdsdə Teddi stadionunu hədəf alan terror aktının qarşısını alıb.
Azvision.az xəbər verir ki, bu barədə İsrailin Baş Naziri Binyamin Netanyahu "Twitter" hesabında yazıb.

"ŞABAK-a, orduya və polisə Teddi stadionuna hücumun qarşısını aldığına görə təşəkkür edirəm. Əla işdir. Biz daim terrorla mübarizə aparırıq", -deyə Netanyahu vurğulayıb.

Təhlükəsizlik xidməti orqanlarından bildirilib ki, hücumları planlaşdırmaqda şübhəli bilinən şəxslər bu ilin mart ayında həbs ediliblər. Onlardan ikisi fələstinli, bir nəfər isə İsrailin ərəb əsilli vətəndaşıdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail  





Xəbər lenti