Deputat pandemiya dövründə görülən işlərdən danışdı

Deputat pandemiya dövründə görülən işlərdən danışdı
  22 Aprel 2020    Oxunub:2133
Koronavirus pandemiyası dövründə ölkəmizdə əhalinin, xüsusilə aztəminatlı təbəqənin və pandemiyadan zərər görmüş fəaliyyət sahələrində çalışanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri yalnız alqışa layiqdir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, istər sosial yardımların müddətinin uzadılması, istər muzdlu işçilərə göstərilən dəstək, istərsə də 190 manatlıq birdəfəlik yardım paketi Azərbaycan dövlətinin bu məsələdə həssaslığının göstəricisidir.

"Həm ölkə vətəndaşlarının sağlamlıq durumlarının ciddi nəzarətə götürülməsi, həm də vətəndaşlara maddi yardımların göstərilməsi dövlətimizin pandemiyanın mümkün zərərlərini minimuma endirmək yönündə uğurlu fəaliyyətinin təzahürüdür. Bu baxımdan ayrı-ayrı imkanlı şəxslərin də Prezident İlham Əliyevin çağırışına qoşularaq yardım kampaniyasında fəal iştirakçı olmaları Azərbaycanda dövlət-xalq birliyinin növbəti təsdiqi oldu. Bu və digər məqamları nəzərə alaraq demək olar ki, Azərbaycan bu çətin dövrdən alnıaçıq və üzüağ çıxmağı bacardı. Bu isə heç şübhəsiz ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində reallaşıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti