Üç ölkənin XİN rəhbəri video-konfransla görüşdü

Üç ölkənin XİN rəhbəri video-konfransla görüşdü
  22 Aprel 2020    Oxunub:1834
Bu gün Türkiyə, Rusiya və İran XİN başçılarının video-konfrans formatında görüşü keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Görüşdə Suriya məsələsi daxil olmaqla, COVID-19 pandemiyası ilə mübarizə, İdlib və Fəratın şərqində baş verən son hadisələr, siyasi proseslər, humanitar vəziyyət və sığınacaq axtaranların geri qaytarılması ilə bağlı müzakirələr aparılıb.

Azvision.az


Teqlər: Türkiyə   İran   Rusiya  





Xəbər lenti