“İmkansız tələbələrlə bağlı qərar təqdirəlayiqdir” - Etibar Əliyev

“İmkansız tələbələrlə bağlı qərar təqdirəlayiqdir” -  Etibar Əliyev
  22 Aprel 2020    Oxunub:3692
Nazirlər Kabinetinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərarı təqdirəlayiqdir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasının təsir etdiyi ən ciddi sahələrdən biri təhsildir.

"Mart ayının 3-dən təhsilin bütün pillərində dərslər dayandırılıb. Buna baxmayaraq, müəllimlər əmək haqları ilə təmin olunurlar. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə güzəştlərin edilməsi həqiqətən də Azərbaycan dövlətinin sosial dövlət olmasının sübutudur. Bu, əlbəttə, pandemiyanın təsirlərinin xüsusilə həssas əhali qrupuna aid olan ailələrə təsirini azaltmağa xidmətə edən faydalı addımdır".

Azərbaycanda ilbəil dövlət sifarişi ilə təhsil alan tələbələrin sayının artdığını deyən deputat onların sayının 40 faizdən çox olduğunu vurğulayıb.

"Digər tərəfdən ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüdlər verilir. Bütün bunlar hamısı ölkədə postpandemiya dövründən sonra insan kapitalının inkişafına xidmət edən addımlardır. Bununla yanaşı, istər imkansız ailədən olan, istər orta təqəbəqədən olan ailələrin övladları, digər tələbələr də dövlətin qayğısını dərk edərək, hətta fasilə yaranan dövrdə də təhsillərini davam etdirməli, bu dövlətin onlara göstərdiyi qayğını, etimadı doğrultmaq üçün daha yaxşı çalışmalı və oxumalıdırlar".

Aytən Zəhra
Azvision.az


Teqlər: Tələbə   Təhsil  





Xəbər lenti