Əfqanıstanda 19 əsgər öldürüldü

Əfqanıstanda 19 əsgər öldürüldü
  22 Aprel 2020    Oxunub:2332
Əfqanıstanda "Taliban" hərəkatının üzvləri ilə silahlı toqquşma nəticəsində 19 əsgər həlak olub.
Azvision.az xəbər verir ki, bu barədə "Tolo News" rəsmi orqanlara istinadən məlumat yayıb. Bildirilib ki, insident zamanı 19 əsgər ölüb, 7 hərbçi yaralanıb.

Kanalın məlumatına görə, ölkənin şimalındakı Sari-pol əyalətində "Taliban"la toqquşmalarda Əfqanıstan təhlükəsizlik orqanlarının 11 üzvü öldürülüb. Həmçinin Loqar vilayətində, Aynak mis mədəninin nəzarət-buraxılış məntəqəsinə "Taliban"ın hücumu nəticəsində 8 hərbçi həyatını itirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Əfqanıstan  





Xəbər lenti