Lavrovdan Qarabağla bağlı mühüm mesaj: “Danışıqlara başladıq, razılaşmalıyıq”

 Lavrovdan Qarabağla bağlı mühüm mesaj:  “Danışıqlara başladıq, razılaşmalıyıq”
  21 Aprel 2020    Oxunub:6091
BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qətnamələrinin həyata keçirilməsində ən vacib addım 2019-cu ilin aprel ayında Moskvada qəbul edilmiş sənədin imzalanmasıdır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

"Bu, 2019-cu ilin aprelində Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən iclasında qəbul edilmiş sənəddir. Bu sənədlər nizamlanmanın mərhələli yanaşma əsasında irəliləməsini nəzərdə tutur. Birinci mərhələ ən aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsi, nəqliyyat, iqtisadi və digər kommunikasiyalarla bağlıdır", - deyə Lavrov bildirib.

XİN rəhbərinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında ən vacib addım mərhələli həllə bağlı sənədin imzalanması olacaq.

"Danışıqlar aparmağa başladıq, razılaşmalıyıq. ATƏT-in Minsk qrupunun həmsədrləri olaraq buna çalışırıq", - Lavrov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Lavrov  





Xəbər lenti