“Dövlətimiz tərəfindən insanlara hər cür yardım edilir” - Xalq artisti

 “Dövlətimiz tərəfindən insanlara hər cür yardım edilir” -  Xalq artisti
  21 Aprel 2020    Oxunub:4068
Bu gün dünya ağır problemlə üzləşib, gözəgörünməyən düşmənlə mübarizə aparılır və ölkələr böyük itkilər verir. Dövlət başçımızın zamanında atdığı qabaqlayıcı addımlar sayəsində Azərbaycanda bu gün itki azdır və ümumi vəziyyət yaxşılığa doğru gedir.
Bunu Azvision.az -a açıqlamasında Azərbaycanın Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən insanların sosial problemlərinin həll olunmasına yönəlik böyük layihələr həyata keçirilir.

“Aztəminatlı ailələr, günəmuzd çalışan insanlar üçün ayrılan vəsaitlər onların rifah halını yaxşılaşdırır. Bu gün dövlət başçısının verdiyi qərarların nəticəsidir ki, ölkəmizdə ciddi problemlər yoxdur. Prezident İlham Əliyevin çağırışı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilən yardımlara mən də qoşuldum və bir aylıq maaşımı (1000 manat) ianə etdim. Dövlət tərəfindən insanlar üçün karantin şəraitində yardım tədbirləri davam edir. Heydər Əliyev Fondu tərəfindən ailələrə yardım paylanılır. İki gün öncə Ağdamda cəbhəyanı kəndlərdə yaşayan 100 ailəyə yardım apardım. Əməkdar artist Təyyar Bayramovla biz bunu gerçəkləşdirdik. O, 50 ailəyə yardım verdi. Beləliklə, 150 aztəminatlı ailəyə sovqatlar verdik. Dövlətimiz tərəfindən insanlara hər cür yardım edilir. Bu, bir həmrəylikdir. Kiminsə imkanı varsa, həmrəliyini bildirməli, xalqın yanında olmalıdır”.

Azərbaycan dövlətinin qüdrətli olduğunu deyən Xalq artisti bildirib ki, ölkə iqtisadi cəhətdən də güclüdür.

“Biz hazırda gözəgörünməyən virusla mübarizə aparırıq. Amma bizim əsas gözəgörünən virusumuz var ki, o da ermənilərdir. Tezliklə Ali Baş Komandanın rəhbərliyi ilə o virusu da oradan təmizləyəcəyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Xalq-artisti  





Xəbər lenti