Əfqanıstan Prezidenti və xanımı koronavirus testi verdi

Əfqanıstan Prezidenti və xanımı koronavirus testi verdi
  21 Aprel 2020    Oxunub:3689
Əfqanıstan Prezidenti Əşrəf Qani və həyat yoldaşı koronavirus testi verib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin nümayəndəsi Sedik Seddik bildirib. Onun sözlərinə görə, testin cavabı mənfi olub, Prezident sağlamdır və işini davam etdirir.

Daha əvvəl Kabildə Prezident sarayının 40 əməkdaşının koronavirusa yoluxması barədə məlumat yayılmışdı. Keçən həftədən Qani hökümət üzvləri ilə videoəlaqə rejimində iclaslara qatılır.

Xatırladaq ki, Əfqanıstanda 1092 nəfər koronavirusa yoluxub, 36 nəfər ölüb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Əfqanıstan   Prezident  





Xəbər lenti