“Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik” - Prezidentə yazırlar

  21 Aprel 2020    Oxunub : 2618
 “Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik” - Prezidentə yazırlar
Respublikanın bütün guşələrindən vətəndaşlar Prezident İlham Əliyevə minnətdarlıq məktubları ünvanlanmaqda davam edirlər. Onlar koronavirusla mübarizədə dövlətimizin başçısının atdığı qətiyyətli addımları, xalqa göstərdiyi diqqət və qayğını alqışladıqlarını bildirirlər.
Azvision.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Biləsuvar rayonundan Qarabağ müharibəsi veteranı Emin Mehtiyev yazır: “Hörmətli cənab Prezident, mən Sizin kimi rəhbərlə fəxr edirəm. Qarabağ müharibəsinin veteranıyam, hazırda müəllim kimi çalışıram. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm. Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm. Allah Sizi bizə çox görməsin!”.

Bakı şəhərinin Nəsimi rayonundan təqaüdçü Qunça Qafarovanın məktubunda deyilir: “Çox dəyərli və hörmətli cənab Prezidentimiz, ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə Sizə minnətdarlığımı çatdırıram. Mənim 69 yaşım var, təqaüdçüyəm. Bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib. Buna görə Sizə təşəkkürümü bildirirəm. Allahdan sizə uzun ömür və cansağlığı arzu edirəm”.

Masallı rayonunun Hüseynhacılı kəndindən tələbə Şəhriyar Cəfərli yazır: “Hörmətli cənab Prezident, bu məktubu yazmaqda məqsədim Azərbaycanın bir gənc vətəndaşı olaraq Sizə minnətdarlıq etməkdir. Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz. Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun”.

Füzuli rayonundan məcburi köçkün Yeganə Fərəcova məktubunda qeyd edir: “Hörmətli cənab Prezident, cəbhə bölgəsində yaşayan vətəndaşlar olaraq inanırıq ki, Sizin və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində biz mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyik. Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır. Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaq. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə inanırıq. Uca Allah Sizi və ailənizi qorusun!”.

Şəki şəhərindən müəllim Mənsurə Cəbrayılova yazır: “Hörmətli cənab Prezident, mən sadə bir Azərbaycan vətəndaşı, müəllim, mədəniyyət işçisi olaraq, Sizinlə qürur duyuram. Biz Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik. Dünyanı pis günə qoyan bu virusla mübarizədə və bütün işlərinizdə Sizə dualar edir və alqışlayırıq. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Sizin düşünülmüş siyasətiniz, dövlətimizin qabaqlayıcı tədbirləri nəticəsində bu gözə görünməyən virusdan, inşallah, xilas olacağıq. Mən və ailəm Uca Allaha dualar edirik ki, Allah Sizə, həkimlərimizə, ordumuza, bu mübarizədə əməyi olan hər bir şəxsə dayaq olsun. Amin. Dəyərli Prezidentimiz, Biz Sizinlə güclüyük. Allah Sizə yar olsun!”.

Füzuli rayonunun sakini Vüsət Xəlilov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir: “Əziz və möhtərəm Prezident, bu ağır və çətin günlərdə bizim, sadə vətəndaşların yanında olduğunuza, xüsusi karantin müddətində işsiz və aztəminatlı ailələrə aylıq 190 manat pul vəsaitinin ödənilməsinə görə cəbhə bölgəsində yaşayan bütün Füzuli rayon sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Bir daha əmin olduq ki, Sizi özümüzə lider seçməkdə yanılmamışıq. Siz Ümummilli Liderimiz kimi mürəkkəb vəziyyətlərdə böyük iradə nümayiş etdirməklə xalqı irəli aparmağa qadir rəhbərsiniz. Allah yardımçınız olsun!”.

Sumqayıt şəhərindən Ləman Ramazanova yazır: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasına imkan vermədiyinizə görə Sizə minnətdarıq. Vaxtında görülən tədbirlər sayəsində biz bu gün evimizdə sağlam şəkildə ailəmizin yanındayıq. Bu mübarizədə bir çox adamlar qəhrəmanlıq göstərir, bu qəhrəmanlıqlar bizi qələbəyə yaxınlaşdırır. Bu qələbədə nə qədər çox adamın payı olsa da bayraqdarımız, qələbənin memarı Sizsiniz, cənab Prezident. Allah Sizi xalqımızın üstündən əskik etməsin”.

Bakı şəhərinin Xətai rayonundan Zəminə Cəfərova yazır: “Möhtərəm cənab Prezident, Sizin müdrik siyasətinizin nəticəsi olaraq Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVID-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, İnşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcək, toy-büsatlar qurulacaq. Siz xalqın etimadını qazanmış Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm”.

Şəkinin Qudula kəndindən Nemət Əliyev məktubunda bildirir: “Hörmətli Prezidentimiz, bütün dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizədə respublikamızda Sizin rəhbərliyinizlə böyük işlər görülür. Biz televiziyada Sizin çıxışlarınızı diqqətlə dinləyirik, imzaladığınız fərman və sərəncamları izləyirik. Koronavirus xəstəliyi vaxtı kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərini qarşılamaq məqsədilə ehtiyat fondunuzdan ayırdığınız vəsaitlərə, sadə kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə sizə öz minnətdarlığımızı bildiririk. Sizə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edir, arxanızda olduğumuzu bilməyinizi istəyirik”.

Balakən rayonunun Qullar kəndinin sakini İbrahim Şıxməmmədov yazır: “Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq. İnanırıq ki, tezliklə bu bəladan xilas olacağıq, həyatımız əvvəlki axarına düşəcək. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq. Yaxşı ki, varsınız. Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz. Allah Sizi və ailənizi qorusun!”.
Neftçala rayonunun Mürsəqulu kəndindən sahibkar Heydər Səmədov: “Cənab Prezident, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət – vətəndaş birliyini əks etdirən əsas amillərdəndir. Fərdi sahibkar, fermer olaraq Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasəti tam dəstəkləyir və Sizin ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları alqışlayıram. Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir. Yeni növ koronavirusun böyük insan tələfatı ilə nəticələnməsinin qarşısını almaq Sizin düşünülmüş, qabaqlayıcı tədbirlərinizin sayəsində mümkün olmuşdur. Fərdi sahibkar kimi sosial məsuliyyət dərk edərək Sizin bütün çağırışlarınızı tam şəkildə dəstəkləyirik”.

Şamaxı rayonunun Sabir qəsəbəsindən Şəfa Hacıyeva: “Hörmətli cənab Prezident, ölkəmiz koronovirus ilə bağlı aparılan mübarizədə zamanında verilmiş qərarlarınız sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə durur. Bu, dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını düşündüyünüz üçün, bu çətin günlərdə virusun vurduğu ziyanları minimuma endirə bildiyiniz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Hər zaman dövlətimizin rifahı naminə verəcəyiniz qərarlarınızda yanınızdayam”.

Tərtər rayonunun Sarıcalı kəndinin sakini Elşən Əsədov: “Hörmətli cənab Prezident, Azərbaycan xalqına vaxtında etdiyiniz güzəştlər, aztəminatlı ailələrin sosial durumlarını yaxşılaşdırmağa doğru atdığınız addımlar, işsiz və işaxtaran şəxslərə birdəfəlik ödəmələrin verilməsini 200 min nəfərdən 600 min nəfərə çatdırılması xalqımız üçün çox önəmli addımlardır. Vaxtında verdiyiniz göstərişlərə uyğun olaraq, dövlət sərhədlərinin bağlanılması xalqımız üçün çox önəmli addımdır. Biz həmişə Sizə güvənmişik və bu gündən sonra da güvənimizi sonsuz şəkildə davam etdirəcəyik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, Ali Baş Komandanımız var. Cənab Ali Baş Komandan, mən Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm”.

İsmayıllı rayonunun İvanovka kəndindən Tatyana Ravçeyeva: “Hörmətli cənab Prezident, Siz həmişə olduğu kimi, bu çətin dövrdə də xalqın yanındasınız, ona daim qayğı göstərirsiniz. Sizin düşüncə və əməlləriniz insanların həyatının qorunmasına, onların sağlamlığının müdafiəsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Sizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyini tədbirlər qəlbinizin mərhəmətindən, sevginizin dərinliyindən, təfəkkürünüzün gücündən və müdrikliyindən xəbər verir. Ailəm adından və şəxsən öz adımdan Sizə - gözəl insan və müdrik rəhbərə öz xalqının qayğısına qaldığı üçün minnətdarlığımı bildirirəm. Əminəm ki, biz bu bəlanın öhdəsindən birlikdə gələcəyik. Biz daim Sizinləyik, biz birlikdə güclüyük! Allah Sizə cansağlığı versin, Sizi qorusun!”.

Masallı rayonunun Türkoba kəndindən Qarabağ qazisi Füzuli Abdullayev: “Çox hörmətli cənab Prezident, belə çətin günlərdə xalqımızın yanında olub, onun hər bir problemi ilə maraqlanıb həlli istiqamətində tapşırıqlar verdiyinizə görə mən bir Qarabağ qazisi kimi Sizi alqışlayıram. Xüsusilə də koronavirusa qarşı mübarizədə vətəndaşlarımızın sağlamlığını hər şeydən vacib bilib məqsədəuyğun qərarlar verməyiniz bizi çox sevindirir. Hər çıxışınızda xalqımızın sağlamlığının Sizi nə qədər düşündürdüyünü hiss edirik. Xalqımızı bu qədər sevdiyinizə görə Sizə minnətdarıq”.

Ucar rayonunun Boyat kəndinin sakini Şamil Əliyev: “Möhtərəm cənab Prezident, dünyanı cənginə almış koronavirus pandemiyası ilə mübarizədə tibbin ən inkişaf etdiyi ölkələrin aciz qaldığı, çətin vəziyyətə düşdüyü halda, Sizin uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanımızda səmərəli qabaqlayıcı tədbirlər görülmüşdür. Siz Azərbaycan vətəndaşlarının, eləcə də şəhid ailələrinin sağlamlığının qorunması istiqamətində qətiyyətli addımlar atır, mühüm qərarlar qəbul edirsiniz. İnanırıq ki, Sizin müdrikliyiniz sayəsində xalqımız tezliklə bu bəladan xilas olacaq”. Cənab Prezident, Azərbaycan vətəndaşı olmağımızla, Sizin kimi dövlət başçımızla qürur duyuruq. Uca Tanrı Sizi və ailənizi qorusun!”.

Azərbaycan Respublikasının Xalq artisti Roza Cəlilova yazır: “Hörmətli cənab Prezident, Sizin ölkəmizin inkişafı, xalqımızın rifah halının yüksəldilməsi uğrunda apardığınız düzgün siyasət bizi hər zaman sevindirir və fərəhləndirir. Böyük ürəyinizlə bu çətin günlərdə xalqımıza göstərdiyiniz kömək və xeyirxah əməlləriniz əvəzolunmazdır, alqışlara layiqdir. Birlik – dirilikdir. Biz Sizin ətrafınızda sıx birləşərək böyük qüvvəyə çevriləcək və koronavirus pandemiyasının sınağından tezliklə alnıaçıq keçəcəyik. Mən 91 yaşımda buna ümid edirəm və inanıram. Cənab Prezident, Sizə tutduğunuz ali dövləti vəzifədə yeni uğurlar, möhkəm cansağlığı, uzun ömür, başda Siz olmaqla xalqımıza Ulu Tanrıdan kömək diləyirəm”.

Zərdab rayonunun Ağabağı kəndindən Yasin Şıxlı: “Hörmətli cənab Prezident, dünyamız çətinliklə üzləşib. Bütün dünya ölkələri koronavirus pandemiyasının qarşısında çətin durumda qaldığı halda, Azərbaycan vətəndaşı heç nədən korluq çəkmədən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir vətəndaş kimi daim Sizi dəstəkləyir və Sizinlə qürur duyuruq. Allahdan Sizə uzun, sağlam ömür arzulayırıq”.

Bakı şəhərinin sakini Vaqif Mikayılov: “Möhtərəm cənab Prezident, qəzetlərdən oxuyur, televiziyalardan görürük ki, koronavirus səbəbindən bütün dünya iflic vəziyyətindədir. İş yerləri bağlanıb, ölkə iqtisadiyyatları demək olar donub. Sizin pandemiyanın ilk günlərindən vəziyyəti düzgün qiymətləndirib çox ciddi tədbirlər görməyinizin nəticəsidir ki, bu gün ölkəmizdə insanlar bu virusun fəsadlarını demək olar hiss etmirlər. Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin!”.

Ağdaş rayonunun Qoşaqovaq kəndindən Bəhram Məmmədzadə: “Möhtərəm cənab Prezident, şəfqət, mərhəmət, humanizm kimi keyfiyyətlər həmişə Sizin və Mehriban xanım üçün həmişə ən mühüm həyati dəyərlər olmuşdur. Bu gün də belədir. Bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə mübarizədə Siz bu keyfiyyətlərinizi bir daha nümayiş etdirdiniz. Ölkəmizdə xüsusi karantin rejimini tətbiq edərək Azərbaycan xalqını qoruduğunuz, qayğımıza qaldığınız üçün özümün və ailəmin adından Sizə təşəkkür edirəm. Sizinlə fəxr edirik. Hər şeyə görə çox sağ olun”.

Lənkəran şəhərindən İmanverdi Ağayev, Mahir Həsənov və Qoşqar Dadaşov yazırlar: “Zati-aliləri, cənab Prezident, koronavirus təhlükəsi hazırda bütün dünyanı təhdid edir. Bu, çox dəhşətli bəladır. Biz ölkə vətəndaşları Sizin rəhbərliyinizlə bu bəlaya qarşı görülən tədbirləri ürəkdən bəyənirik. Sizə təşəkkür edirik ki, bizi bu bəladan qorumaq üçün nə lazımdırsa edirsiniz. Xüsusilə ölkəyə gələn vətəndaşlar üçün yaradılan şəraitə, karantində olan insanlara göstərilən yüksək tibbi xidmətə və müalicəyə görə Sizə minnətdarlığımızı çatdırırıq. Cənab Prezident, Sizin və Mehriban xanımın qayğıkeş, humanist münasibətiniz bizi çox ruhlandırır. İnanırıq ki, hamımız sağlam və xoşbəxt olacağıq. Allah Sizi qorusun!”.

Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsindən Zakir Mirzəyev: “Möhtərəm Prezidentimiz, dövlətimizin və xalqımızın üzləşdiyi bu çətin günlərdə vətəndaşlarımıza göstərdiyiniz yardıma və dəstəyə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəm adından və şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Həm işsizlərə, həm də iş sahiblərinə dövlətin yardım əlini uzatması Sizin qayğıkeşliyinizin, mənəvi cəhətdən nə qədər zəngin təbiətə malik olduğunuzun göstəricisidir. Siz bununla bir daha sübut edirsiniz ki, xalqımızın sağlamlığının keşiyində dayanmısınız, dövlətimizi bu çətin iqtisadi vəziyyətdən çıxarmağa qadirsiniz. Bu şərəfli vəzifədə Sizə yeni uğurlar və tükənməz enerji arzulayıram. Azərbaycan xalqı Sizinlədir”.

Gəncə şəhərindən Kəmalə Məmmədovanın məktubunda deyilir: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası bəşəriyyətə hücum edəcək, böyük ölkələri belə qarşısında diz çökdürür. Sərhəd tanımayan bu virusa qarşı vaxtında məsuliyyətli və uzaqgörən davranmağınız xalqımızı böyük itkilərdən qorudu. Buna görə Sizə dərin minnətdarlıq bildiririk. Bu gün ölkəmiz pandemiya ilə mübarizədə dünyaya nümunədir. Əhalin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlər də vətəndaşların rifahını qoruyur. Vaxtında görülən tədbirlərə görə Sizə bir daha təşəkkür edir, “Çox sağ olun” deyirik”.

Saatlı rayonundan Pünhan Əlizadə yazır: “Möhtərəm cənab Prezident, koronavirus pandemiyası dünya ölkələrinə, o cümlədən hegemon dövlətlərə müharibə elan edib, bütün ölkələrin iqtisadiyyatlarına güclü zərbə vurub. Qlobal böhrana baxmayaraq, Sizin tədbirli siyasətiniz və qətiyyətli mövqeyiniz sayəsində Azərbaycanda vəziyyət nəzarət altında saxlanılır. Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, xalqımız Sizə inanır və yalnız Sizə güvənir. Əminik ki, Sizin müdrik rəhbərliyiniz sayəsində dövlətimiz bu vəziyyətdən qısa müddətdə mətanətlə çıxacaq. Nə xoşbəxtik ki, Vətənin bu çətin günündə daim xalqının yanında olan, ürəyi xalqı ilə döyünən Prezidentimiz var. Belə bir gündə Siz xalqımıza dayaqsınız. Bilin ki, biz də hər zaman Sizin arxanızdayıq”.

Azvision.az

Teqlər: Prezident   İlham-Əliyev   Vətəndaş   Məktub