Karantin rejimini pozaraq futbol oynadılar

Karantin rejimini pozaraq futbol oynadılar
  21 Aprel 2020    Oxunub:2607
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Masallıda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər.

Belə ki, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər Masallı RPŞ-yə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Azvision.az


Teqlər: Masallı   Karantin   Futbol  





Xəbər lenti