Su hövzələri qadağan olunmuş vasitələrdən təmizləndi

Su hövzələri qadağan olunmuş vasitələrdən təmizləndi
  21 Aprel 2020    Oxunub:2227
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən icazəsiz balıq ovunun qarşısının alınması və balıqların kürütökmə dövrü ilə əlaqədar maneələrin aradan qaldırılması məqsədilə ölkənin sututarlarında, o cümlədən Kür çayı, Mingəçevir və Şəmkir su anbarları, Şirvan kanalı, Mil-Muğan kollektoru və Xəzər sahili akvatoriyasında genişmiqyaslı nəzarət tədbirləri həyata keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, reydlər nəticəsində istifadəsi qadağan edilən 5873 metr uzunluğunda sintetik tor, 2182 ədəd qadağan olunmuş müxtəlif ov aləti və 4 qayıq aşkar edilib.

Faktlar üzrə bütün sübutlar yerində aktlaşdırılıb və təqsirkarların müəyyən edilməsi üçün toplanmış materiallar Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən etibarən balıq ovuna 3 aylıq moratorium elan edilib.

Azvision.az


Teqlər: ETSN   Su   Təmizlənmə  





Xəbər lenti